"TurAz Qartalı - 2020" Azərbaycan-Türkiyə birgə təlimləri davam edir

Türkiyə və Azərbaycan HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər.

1470442
"TurAz Qartalı - 2020" Azərbaycan-Türkiyə birgə təlimləri davam edir

"TurAz Qartalı - 2020" Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcı təyyarələrinin ekipajları təlim-məşq uçuşları keçiriblər.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin mərhələsinin senarisinə uyğun olaraq hərbi pilotlar pilotaj texnikası, həmçinin qoşa və manqa ilə uçuşları məşq ediblər.

Döyüş təyyarələrinin ekipajları qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra ediblər.



Әlaqәli Xәbәrlәr