Qazaxıstanda sufi təkkəsi tapıldı

Qazaxıstanın Türküstan şəhərində Xoca Əhməd Yəsəvinin türbəsi yaxınlığında sufi təkkəsi tapılıb

1469082
Qazaxıstanda sufi təkkəsi tapıldı

  Qazaxıstanın Türküstan şəhərində Xoca Əhməd Yəsəvinin türbəsi yaxınlığında sufi təkkəsi tapılıb.

  Qazaxıstan Mədəni-Elmi Araşdırma İnstitutundan verilən məlumatda bildirilir: “Türküstanın Kultöbe bölgəsində aparılan arxeoloji qazıntı işləri zamanı alimlər tərəfindən sufi təkkəsi tapılıb. Burada ayin otaqları ilə yanaşı, dərvişlərin məzarları da meydana çıxıb.

  Alimlər sufi təkkəsinin 15-19 əsrlərdə xidmət göstərdiyini bildirir. Bu cür abidələr yerli alimlər tərəfindən çox araşdırılmadığı üçün “Az tədqiq edilmiş mövzular” kateqoriyasına daxil edilir.

  Hər birində soba və təndirlər olan 10 otaqdan ibarət təkkənin cənub-şərq hissəsindəki yeraltı zirzəmili düzbucaqlı türbədən Xoca Əhməd Yəsəvinin türbəsinə qədər 7 qəbiristanlıq aşkar olunub”.  

  Arxeoloji qazıntı işlərinin rəhbəri Andrey Hazbulatov deyib: “Təkkənin Hoca Əhməd Yəsəvinin türbəsinə yaxın olması və qəbiristanlıqların türbəyə baxması Yəsəvinin sufizm təriqətini bir daha təsdiq edir”.



Әlaqәli Xәbәrlәr