Türkiyə Qurban bayramının ilk günündə Özbəkistana tibbi ləvazimat göndərib

Türkiyə Qurban bayramının ilk günündə Özbəkistana yeni növ koronavirusla (Covid-19) mübarizəsinə dəstək olmaq məqsədi ilə tibbi ləvazimatlardan ibarət humanitar yardım göndərib.

1465036
Türkiyə Qurban bayramının ilk günündə Özbəkistana tibbi ləvazimat göndərib
Turkiye ozbekistan insani yardim.jpg
Turkiye ozbekistan insani yardim1.jpg

Türkiyə Qurban bayramının ilk günündə Özbəkistana yeni növ koronavirusla (Covid-19) mübarizəsinə dəstək olmaq məqsədi ilə istifadə ediləcək qabaqlayıcı tibbi ləvazimatlardan ibarət humanitar yardım göndərib.
İki ölkə hökumətləri arasında imzalanan sağlıq materialları qrant sazişi çərçivəsində Türkiyə Səhiyyə Nazirliyi tərəfindən 12.5 ton humanitar yardım təmin edilən və Milli Müdafiə Nazirliyi tərəfindən çatdırılan tibbi yardım Türk Hava Yollarına məxsus yük daşıma təyyarəsilə Özbəkistanın paytaxtı Daşkəndə aparılıb.
Tibbi materiallar Daşkənd hava limanında Özbəkistan Səhiyyə nazirinin müavini Şahruh Şarahmetov və Sanitar Epidemioloji Agentliyi rəhbərinin müavini Bəhram Almatova təhvil verilib.
Almatov qardaş Türkiyə xalqına və hökumətinin bu yardımının onlar üçün böyük əhəmiyyət daşıdığını qeyd edərək, yardımın Qurban bayramının ilk günündə çatdırılmasının çox mənalı olduğunu deyib. 
Göndərilən bağlamaların üzərində Mövlananın “Ümidsizlikdən sonra necə ümidlər var. Qaranlıqdan sonra necə günəşlər var” sözləri yer alıb.



Әlaqәli Xәbәrlәr