"Azərbaycan-Türkiyə  birgə hərbi təlimi Milli Müdafiə Nazirliyinin sosial media hesabında

İyulun 29-dan Azərbaycanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri davam edir.

1464766
"Azərbaycan-Türkiyə  birgə hərbi təlimi  Milli Müdafiə Nazirliyinin sosial media hesabında

Türkiyə ilə  Azərbaycan arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan Azərbaycanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri davam edir.
Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında edilən paylaşmada "Azərbaycan-Türkiyə  birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri Bakı və Naxçıvanda eyni vaxtda Türkiyədən gələn quru qoşunları aviasiya qrupunun  iştirakı ilə davam edir" deyilib.
Nazirliyin etdiyi paylaşmada təlimlərin görüntüləri də yer alıb.



Әlaqәli Xәbәrlәr