İordaniyanın Azərbaycan səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə

1462749
İordaniyanın Azərbaycan səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

 

  İordaniyanın Azərbaycan səfiri Sami Abdullah Goşe Ermənistan-Azərbaycan sərhədində qarşıdurmalar yaşandığı zaman Ermənistana silah göndərdikləri üçün Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb.

  Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, S.A.Goşeni qəbul edən xarici işlər nazirin müavini Araz Əzimov ona Ermənistanın hücumlar etdiyi yaxın dövrdə İordaniyanın bu ölkəyə silah satmasının Azərbaycan ictimaiyyətində mənfi reaksiya doğurduğunu çatdırıb.  

  Səfir Azərbaycanın qayğısını anladığını, iki ölkə arasındakı strateji əlaqələri qorumaq naminə problemin aradan qaldırılması üçün səy göstərəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr