Azərbaycan və Türkiyə genişmiqyaslı ortaq hərbi təlimlərə başlayır

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə

1462611
Azərbaycan və Türkiyə genişmiqyaslı ortaq hərbi təlimlərə başlayır

 

  Türkiyə və Azərbaycan silahlı qüvvələri Azərbaycanda genişmiqyaslı ortaq hərbi təlimlər keçirəcək.

  Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, manevrə hər iki ölkənin quru və hava qüvvələri qatılacaq.

  Hava qüvvələrinin hərbi təlimləri 29 iyulda başlayıb 10 avqustda sona çatacaq. İki ölkənin döyüş təyyarələrinin iştirakı ilə olacaq manevr Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərini əhatə edəcək.

  Quru qüvvələrinin manevri isə Bakı və Naxçıvanda 1-5 avqust tarixlərində olacaq. Hərbi təlimlərdə müxtəlif əmrlər icra ediləcək, zirehli maşınlar, toplar və minaatanlardan hədəflər nişan alınaraq atəşlər reallaşdırılacaq.  

 

Fotoqalereya:

https://www.trt.net.tr/azerbaycan/photogallery/turkiy-3/az-rbaycan-v-turkiy-silahli-quvv-l-rinin-birg-h-rbi-t-liml-ri



Әlaqәli Xәbәrlәr