Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (20 iyul)

Ötən 24 saat ərzində koronavirus infeksiyasına 369 yoluxma faktı qeydə alınıb.

1458448
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (20 iyul)

Ötən 24 saat ərzində koronavirus infeksiyasına 369 yoluxma faktı qeydə alınıb, 523 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 27 min 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 19 min 499 nəfər müalicə olunaraq sağalıb, 363 nəfər vəfat edib. Aktiv xəstə sayı 8037 nəfərdir.

  Ötən müddət ərzində 634 min 698 test aparılıb. Bugünkü test sayı isə 6817-dir.



Әlaqәli Xәbәrlәr