"Ermənistan faşist dövlətdir", İ.Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan vətəndaşlarının yaşayış yerlərini atəşə tutan Ermənistanı "faşist dövlət" adlandırdı

1456028
"Ermənistan faşist dövlətdir", İ.Əliyev

 

  Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan vətəndaşlarının yaşayış yerlərini atəşə tutan Ermənistanı "faşist dövlət" adlandırdı.

  Nazirlər Kabineti yığıncağında etdiyi çıxışında İ.Əliyev 12 iyulda sərhəddə yaşanan qarşıdurmaları Ermənistanın başladığını və ordularının Tovuz bölgəsində Azərbaycan mövqelərindən birinə top atəşiylə hücuma keçdiyini xatırladaraq deyib: “Azərbaycan ordusu dərhal cavab verərək şəhid əsgərlərin intiqamını aldı və zəfər qazandı. Ermənistan hərbi qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilmədi və bunu daha heç zaman bacarmayacaq. Amma biz istəsəydik, Ermənistanın o bölgəsindəki torpaqların böyük qismini nəzarətimizə keçirərdik.

  Ermənistan ordusu Azərbaycanın yaşayış yerlərinə atəş açarkən 76 yaşlı bir vətəndaşımız həyatını itirib. Bu, bir daha Ermənistanın faşist dövlət olduğunu göstərir.

  Azərbaycan xalqı Dağlıq Qarabağ üçün olunan mənasız müzakirələrdən bezib. Xalqın da səbrinin bir həddi var.

  Bizim güclü ordumuz var. Dağlıq Qarabağ mövzusunda geriyə bir addım belə atmayacağıq. Azərbaycanın torpaq bütövlüyü təmin edilməlidir. Bu mövzuda qərarlıyıq."

  Azərbaycan prezidenti Türkiyə xalqına və prezident Rəcəb Tayyib Ərdoğana da verdiyi dəstəklərə görə təşəkkür edərək: "Bütün dünya Türkiyə və Azərbaycan xalqlarının əsl qardaş olduğunu bir daha gördü", - deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr