Cənubi Azərbaycandan Şimali Azərbaycana dəstək

Güney Azərbaycanda Ermənistanın Tovuz rayonuna istiqamətli son təxribat hücumlarına qarşı Azərbaycan respublikasına dəstək üçün mitinqə çağırış olunub

1456446
Cənubi Azərbaycandan Şimali Azərbaycana dəstək

 

  Güney Azərbaycanda Ermənistanın Tovuz rayonuna istiqamətli son təxribat hücumlarına qarşı Azərbaycan respublikasına dəstək üçün mitinqə çağırış olunub.

  Güney Azərbaycanın milli fəalları tərəfindən yayılan bəyanatda iyulun 16-da, Təbriz və Tehran başda olmaqla, Urmiya, Zəncan, Ərdəbil şəhərlərində Azərbaycana dəstək mitinqi keçiriləcəyi bildirilib.

  Dəstək mitinqlərinin Tehranda Ermənistan Səfiriliyi, Təbrizdə Azərbaycan Konsulluğu və ya Təbrizin mərkəzi Abresan 4 yolu, Urmiyada Ətayi və İmam kəsişməsi, Zəncanda Səbzə meydanı və Ərdəbildə Şəriəti 4 yolunda yerli vaxtla saat 18.00-da keçirilməsi nəzərdə tutulub.

  Yayılan bəyanatda bildirilir: “İşğalçı Ermənistan ordusunun Azərbaycan xalqı və torpaqlarına hücumları davam edərsə, Güney Azərbaycan, eləcə də bütün İran türkləri yaşayan yerlərdə, xüsusilə Azərbaycan respublikası ilə həmsərhəd məntəqələrdə Azərbaycana dəstək aksiyaları keçiriləcək, ümumi səfərbərlik təşkil ediləcək və işğal olunmuş torpaqların düşmənlərdən təmizlənməsinə qədər müharibədə iştirak edəcəyik”.

  Qeyd edək ki, iyulun 16-da Türkiyənin paytaxtı Ankarada yaşayan bir qrup güney azərbaycanlı milli fəal dəstəklərini bildirmək üçün Azərbaycanın Türkiyədəki Səfirliyi qarşısına gələrək hər bir şəraitdə Azərbaycan Respublikası dövləti, xalqı və ordusunun yanında olduğunu bildiriblər.



Әlaqәli Xәbәrlәr