Azərbaycan xalqı gecəni səfərbərlik tələbiylə toplandığı Milli Məclisin qarşısında keçirdi

"Şəhidlər ölməz, Vətən bölünməz", "Baş komandan, silah ver bizə" deyə şüarlar səsləndirən xalq gecəni parlamentin qarşısında keçirdi

1455349
Azərbaycan xalqı gecəni səfərbərlik tələbiylə toplandığı Milli Məclisin qarşısında keçirdi

 

  Azərbaycanda Ermənistan ordusunun sərhədə hücumları və Dağlıq Qarabağın işğalına etiraz edən xalq gecəni səfərbərlik tələbiylə toplandığı Milli Məclisin qarşısında keçirib.

  İyulun 12-dən bu yana ermənilərin Azərbaycan ordusunun sərhəddəki mövqelərinə təşkil etdiyi hücumları və bu hadisələr zamanı can itkilərinə etiraz bildirmək üçün minlərlə adam küçələrə tökülüb.

  Paytaxt Bakı və ətraf şəhərlərdə yaşayan ölkə vətəndaşları axşam saatlarında paytaxtın küçələrinə axışıb.

  Əllərində Azərbaycan bayraqları daşıyan və "Qarabağ bizimdir, bizim qalacaq" şüarı atan vətəndaşlar Milli Məclisin qarşısında toplanıb. Minlərlə adam burada səfərbərlik elan edilməsini tələb edib. "Şəhidlər ölməz, Vətən bölünməz", "Baş komandan, silah ver bizə" deyə şüarlar səsləndirən xalq gecəni parlamentin qarşısında keçirdi.

  Xatırladaq ki, Ermənistan ordusu 12 iyulda sərhədin Tovuz bölgəsində Azərbaycan mövqelərinə top atəşləri ilə hücum etmiş, Azərbaycan ordusunun cavabı ilə itki verərək geri çəkilmişdir.

  Qarşıdurmada Azərbaycan ordusundan biri baş leytenant olmaqla dörd əsgər həyatını itirmiş, dörd əsgər yaralanmışdı.

  İyulun 14-də davam edən qarşıdurmalarda isə Azərbaycan ordusundan biri general mayor olmaqla 7 hərbçi şəhid olmuşdu.



Әlaqәli Xәbәrlәr