Azərbaycan Ordusu iki şəhid verdi

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər

1453683
Azərbaycan Ordusu iki şəhid verdi

 

  Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

  Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.

  Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

  Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin.



Әlaqәli Xәbәrlәr