Bakı-Tbilisi-Qars dəmir yoluna “Dəmir İpək yolu” deyilməsi təsadüfi deyil", İ.Əliyev

Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib.

1447976
Bakı-Tbilisi-Qars dəmir yoluna “Dəmir İpək yolu” deyilməsi təsadüfi deyil", İ.Əliyev
Bakü-Tiflis-Kars
Bakü-Tiflis-Kars demiryolu
Baku-Tiflis-Kars-demir-yolu.jpg

Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu ilə 2020-ci ilin ilk altı ayında daşınmış yüklərin həcminin 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çox olduğunu deyib.

İyulun 2-də Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə görüşü keçirilib.

Azərbaycan Prezident Administrasiyasının məlumatına görə, İlham Əliyev görüş zamanı deyib ki,  2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilmişdir. Hesab edirəm ki, bu, tarixi hadisədir. Təsadüfi deyil ki, bu yola “Dəmir İpək yolu” deyilir. Bu layihə qitələri birləşdirir. Azərbaycan Asiya və Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinə böyük töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu ilə 2020-ci ilin ilk altı ayında daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur.



Әlaqәli Xәbәrlәr