İstanbuldan Bakıya ilk xüsusi aviareys həyata keçirildi

Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə xüsusi reyslərə başlanılıb.

1447034
İstanbuldan Bakıya ilk xüsusi aviareys həyata keçirildi

Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gelməsini asanlaşdırmaq üçün iyulun 1-dən başlayaraq qarşılıqlı razılıq əsasında həftədə iki dəfə “Azərbaycan Hava Yolları”nın (AZAL), iki dəfə isə “Türk Hava Yolları”nın (THY) Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə xüsusi reyslərə başlanılıb.

Bu gün isə ilk xüsusi aviareys Türkiyə saatı ilə 6:44-də İstanbuldan Bakıya olub.

AZAL-ın reysləri həftənin cümə axşamı və şənbə günlərində, THY-nin uçuşları isə çərşənbə və cümə günlərində həyata keçiriləcək.

Qeyd edək ki, bu reyslərə yalnız hər iki ölkənin müvafiq qurumları tərəfindən verilən "Covid-19" testinin cavabı neqativ olan sərnişinlər qəbul edilir.



Әlaqәli Xәbәrlәr