Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (30 iyun)

Azərbaycanda daha 556 nəfər koronavirusa yoluxub.

1446329
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (30 iyun)

TRT-nin Bakı təmsilçiliyinin verdiyi məlumata görə, Azərbaycanda 556 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

"Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib. 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək Azərbaycanda 17 524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 715 nəfər müalicə olunaraq sağalıb, 213 nəfər vəfat edib. 7 596 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Məlumata görə, ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 482 170-dir



Әlaqәli Xәbәrlәr