AZAL və THY 1 iyuldan xüsusi reyslər həyata keçirəcək

Azərbaycan respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə

1444848
AZAL və THY 1 iyuldan xüsusi reyslər həyata keçirəcək

 

  Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə  Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün 1 iyul tarixindən başlayaraq  qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının (AZAL), iki dəfə isə Türkiyə Hava Yollarının (THY) Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə xüsusi reysləri həyata keçiriləcək.

  Azərbaycan respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, digər ölkələrdə olan və Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlar, o cümlədən tələbələr də İstanbul hava limanının tranzit imkanlarından istifadə edərək bu marşrut üzrə Azərbaycana gələ biləcəklər.

  AZAL-ın reysləri həftənin cümə axşamı və şənbə günlərində, Türkiyə Hava Yollarının reysləri isə çərşənbə və cümə günlərində icra olunacaq.



Әlaqәli Xәbәrlәr