Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (16 iyun)

Azərbaycanda daha 338 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər vəfat edib.

1437238
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (16 iyun)

Azərbaycanda daha 338 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər vəfat edib.

TRT-nin Bakı təmsilçiliyinin verdiyi məlumata görə, Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

"Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 10 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5948 nəfər müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib, 4588 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 391 min 699 test aparılıb.

Ölkədə karantin müddəti 1 iyula qədər davam edəcək. 



Әlaqәli Xәbәrlәr