Azərbaycanda koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda daha 352 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb.

1434152
Azərbaycanda koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda daha 352 nəfərdə koronavirus aşkarlanıb, 6 nəfər vəfat edib.

TRT-nin Bakı təmsilçiliyinin verdiyi məlumata görə, Azərbaycanda 352 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

"Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyə qədər Azərbaycanda 8882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4930 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib, 3844 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 362 min 654 test aparılıb.

Ölkədə karantin müddəti 1 iyul tarixinədək uzadıldıqda, 14-15 iyun tarixlərində yenə ölkə miqyasında evdən çıxma qadağası tətbiq ediləcək.



Әlaqәli Xәbәrlәr