Azərbaycanda sərt karantin rejimi başa çatdı

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən...

1431396
Azərbaycanda sərt karantin rejimi başa çatdı

 

  Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda tətbiq edilən sərt karantin rejimi başa çatıb.

  Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən karantin rejiminin tələblərinə əməl olunmasına ciddi nəzarət edilib. İyun 6-da saat 00:00-dan iyunun 8-i saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb. İnsanların yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan olunub. Sərtləşdirilmiş xüsusi karantin rejimini pozanlar inzibati məsuliyyətə cəlb edilib.

  Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, karantin rejiminin ilk günündə nəqliyyat vasitələri ilə hərəkətdə olan 1083 nəfər, eləcə də taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən 85 nəfər inzibati məsuliyyətə cəlb olunub.

  Qeyd edək ki, Azərbaycanda korona virusu təhlükəsinə qarşı görülən bu və digər qabaqlayıcı tədbirlər vətəndaşların sağlamlığına, ölkənin "Covid-19" epidemiyasından mümkün qədər az itkilərlə çıxmasına yönəlib. Odur ki, hər bir vətəndaş karantin rejiminə ciddi əməl etməlidir.



Әlaqәli Xәbәrlәr