Azərbaycanda virusdan həyatını itirən və yoluxma sayı

Azərbaycanda bir gündə 338 nəfər "Covid-19"-a yoluxub, 134 nəfər sağalıb.

1430365
Azərbaycanda virusdan həyatını itirən və yoluxma sayı

Azərbaycanda daha 338 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər vəfat edib.

TRT-nin Bakı təmsilçiliyinin verdiyi məlumata görə, Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

"Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 6 860 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 871 nəfər müalicə olunaraq sağalıb, 82 nəfər vəfat edib, 2 907 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 66 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağırdır.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 328 min 385 test aparılıb.



Әlaqәli Xәbәrlәr