"Bu layihələr Azərbaycan və Türkiyənin regiondakı gücünü dəfələrlə artırıb", M.Çavuşoğlu

“Türkiyə və Azərbaycan ortaq məsələlərdə birlikdə hərəkət edir. Saxta “erməni məsələsi”ndə də fəaliyyətimiz ortaqdır”, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib

1422897
"Bu layihələr Azərbaycan və Türkiyənin regiondakı gücünü dəfələrlə artırıb", M.Çavuşoğlu

 

  “Türkiyə və Azərbaycan ortaq məsələlərdə birlikdə hərəkət edir. Saxta “erməni məsələsi”ndə də fəaliyyətimiz ortaqdır.” Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Alanyada fəaliyyət göstərən “DİM” TV-nin efirində azərbaycanlı jurnalist Elşad Eyvazlının Ermənistanın işğal etdiyi Şuşa şəhərində son təxribatı ilə bağlı sualına cavabında bildirib.

  Mövlud Çavuşoğlu Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsini xatırladaraq bildirib: “Türkiyə Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi üçün böyük səylər göstərir. Ermənistanın Dağlıq Qarabağda saxta “seçkilər” keçirməsi təxribatdır. Türkiyə başda olmaqla heç bir dövlət və beynəlxalq təşkilat sözügedən “seçkiləri” tanımır. Türkiyə, tarixin bütün dövrlərində olduğu kimi, bundan sonra da Azərbaycanın yanındadır… Atatürkün söylədiyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. İki qardaş ölkənin liderliyi ilə həyata keçirilən beynəlxalq iqtisadi layihələr - Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və digər işlər Azərbaycan və Türkiyənin regiondakı gücünü dəfələrlə artırıb”.



Әlaqәli Xәbәrlәr