Azərbaycanda xüsusi karantin rejimi uzadılacaqmı?

Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı mövzu ilə bağlı məlumat verib

1422244
Azərbaycanda xüsusi karantin rejimi uzadılacaqmı?

 

  “Azərbaycanda xüsusi karantin rejiminin hansı tarixədək uzadılacağı epidemik göstəricilərdən asılı olacaq”, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

  R.Bayramlı bildirib: “Beynəlxalq uçuşların bərpası və sərhədlərin açılması da müzakirə obyektidir. Bunun üçün daxildəki yoluxma hallarının stabilləşməsi, qonşu ölkələrdəki epidemioloji vəziyyətin təhlili, digər aviaşirkətlərin həyata keçirəcəyi tədbirlər əsas götürüləcək. Ola bilsin ki, bu, iyunun 15-dən sonra mümkün olsun. Lakin yaxın günlərdə gözlənilmir. İlk olaraq Naxçıvan Muxtar Respublikasına uçuşların bərpasını düşünürük.

  Hələlik ölkədə kütləvi tədbirlər və toy mərasimlərinin keçirilməsini məqbul hesab etmirik. Epidemioloji vəziyyət buna imkan vermir.

  İyunun 1-dən sonra iri ticarət mərkəzlərinin, “mall”arın açılması və rayonlara gediş-gəlişin bərpası gündəmdədir. Əgər göstəricilər stabil olsa, bununla bağlı qərar qəbul edilə bilər.

  Rayonlara gediş-gəlişin bərpasına gəlincə isə bunun şəxsi avtomobıl və ya ictimai nəqliyyatla olması da müzakirə edilir.

  Çimərliklərin açılması ilə bağlı problem görmürük. Əsas məsələ orada da sosial məsafənin qorunmasıdır. Bununla bağlı təlimatlar, göstərişlər hazırlanır və yaxın günlərdə açıqlanacaq.

  İdman tədbirləri ilə bağlı məsələ də müzakirə olunur”.

 

Mənbə: azertag.az



Әlaqәli Xәbәrlәr