Qazaxıstanın bütün hava limanları fəaliyyətini bərpa etdi

Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin məlumatına görə...

1421922
Qazaxıstanın bütün hava limanları fəaliyyətini bərpa etdi

 

  Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin məlumatına görə, mayın 25-dən ölkənin bütün şəhərləri arasında hava əlaqəsi tamamilə bərpa olunacaq.

  Azertac informasiya agentliyi xəbər verir ki, ciddi karantin sanitariya qaydalarına riayət olunaraq aviaşirkətlər tərəfindən reyslərin sayı müstəqil şəkildə müəyyən ediləcək.

  Uçuşlar nəqliyyatda baş sanitar həkimin müəyyən etdiyi ciddi sanitariya təhlükəsizliyi tədbirləri şəraitində həyata keçiriləcək, yəni şəxsi qoruyucu vasitələrdən, termometriyadan, təyyarəyə minmədən əvvəl sosial məsafə qorunmaqla hava limanları və təyyarələrdə dezinfeksiya işləri aparılacaq.

  Qeyd edək ki, artıq Qazaxıstan daxilində bir çox şəhərlər arasında aviareyslər mayın 1-dən bərpa edilib.

  Xatırladaq ki, Qazaxıstanda “Covid-19” pandemiyası səbəbindən fövqəladə vəziyyətin elan edilməsi ilə əlaqədar ölkədə sərnişindaşımaların bütün növlərinin fəaliyyətinə məhdudiyyətlər qoyulmuşdu.



Әlaqәli Xәbәrlәr