Azərbaycanda "Covid-19"dan iki nəfər həyatını itirdi

Mayın 22-nə olan məlumata görə

1422033
Azərbaycanda "Covid-19"dan iki nəfər həyatını itirdi

 

  Son 24 saat ərzində (22 may) korona virusundan (Covid-19) Azərbaycanda 106 yoluxma halı qeydə alınıb, iki nəfər həyatını itirib, 59 xəstə isə sağalıb.

  Mayın 21-də ölkədə 118, 20-sində isə 113 yoluxma halı müəyyən edilmişdi. Ümumi yoluxma sayı 3855, sağalanlar isə 2399 nəfər olub. Müalicəsi davam edən korona virusu xəstələrinin sayı isə 1410-a yüksəlib.

  Mayın 22-nə olan məlumata görə, epidemiya üzündən həyatını itirənlərin sayı 46 nəfərdir.

  Ölkədə indiyə qədər 260 min test həyata keçirilib.



Әlaqәli Xәbәrlәr