Azərbaycanda koronavirusa yoluxmuş 3749 nəfərdən 2340-ı sağalıb

Azərbaycanda koronavirusa yoluxmuş 3749 nəfərdən 2340-ı sağalıb, 44 nəfər vəfat edib.

1421303
Azərbaycanda koronavirusa yoluxmuş 3749 nəfərdən 2340-ı sağalıb

Azərbaycanda daha 118 nəfər koronavirusa yoluxub, 87 nəfər sağalıb, 1 nəfər isə vəfat edib.

TRT-nin Bakı təmsilçiliyinin verdiyi məlumata görə, Azərbaycanda hazırkı dövrədək 3 min 749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı aşkarlanıb, onlardan  2 min 349 nəfər müalicə olunaraq sağalıb, 44 nəfər dünyasını dəyişib, 1365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi isə davam etdirilir. 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 252 min test aparılıb.



Әlaqәli Xәbәrlәr