Əli bəy Hüseynzadənin qızı vəsiyyət edildiyi yerdə dəfn edildi

Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turan vəfat edib

1405082
Əli bəy Hüseynzadənin qızı vəsiyyət edildiyi yerdə dəfn edildi
Əli bə Hüseynzadənin qızı_dəfn...jpg

 

  Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turan vəsiyyətinə uyğun olaraq İstanbulun Zəncirlikuyu qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilib.

  Korona virusu pandemiyası ilə əlaqədar Türkiyədə tətbiq olunan 4 günlük karantin səbəbindən dəfn mərasimi keçirilməyib.

  Feyzavər Alpsar Turanın dəfnində Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev iştirak edib.

  Xatırladaq ki, ötən ilin dekabrında 100 yaşı tamam olan Feyzavər Alpsar Azərbaycan prezidenti İlham Əliyevin 2018-ci il 17 mart tarixli Sərəncamına əsasən “Dostluq” ordeni, ölkə başçısının digər Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.

 

Mənbə: azertag.az



Әlaqәli Xәbәrlәr