Beynəlxalq Türk Mədəniyyət və Miras Fondu uşaqları təbrik etdi

Azərbaycanın paytaxtı Bakıda fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyət və Miras Fondunun rəhbəri Günay Əfəndiyeva türk dünyası uşaqlarının 23 Aprel Milli Suverenlik və Uşaq Bayramını təbrik edib

1404099
Beynəlxalq Türk Mədəniyyət və Miras Fondu uşaqları təbrik etdi

 

  Azərbaycanın paytaxtı Bakıda fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyət və Miras Fondunun rəhbəri Günay Əfəndiyeva türk dünyası uşaqlarının 23 Aprel Milli Suverenlik və Uşaq Bayramını təbrik edib. O, paylaşdığı təbrik mesajında bildirib:

  “Hər xalqın ən qiymətli varlığı barış, sevgi və ümidin nümayəndələri, sabahların varisi olan uşaqlardır. Türk dünyasının uşaqları sülh, dostluq və qardaşlıq carçısıdır. Bu il uşaqlar öz bayramlarını evdə və fərqli şəkildə keçirməyə məcbur qaldı. Amma qapalı mühitdə də belə ictimai günləri media platformaları üzərindən birlik nümayiş etdirərək, yaşadığımız bayram sevincini dünya ilə paylaşaraq qeyd edə bilərik, elə deyilmi?

  Karantin dövründə uşaqlar evdə qaldığı müddəti ən yaxşı şəkildə keçirməyi, təhsili axsatmağı bacarmalıdır. Bu gün uşaqlarımız elmə və inkişaf edən texnologiyalara daha açıq, araşdırmaçı, sorğulayan və çalışqan olmalıdır. Onların ən ümdə borcu vətənini, millətini, tarixini, mədəniyyət və ənənələrini sevməkdir ki, bu işdə biz böyüklər uşaqların yanındayıq.

  Beynəlxalq Türk Mədəniyyət və Miras Fondu olaraq bu həssas günlərdə uşaqlarımızı türk dünyasının mədəni və mənəvi mirasını yaxından tanımaya dəvət edirik. Türk dünyasıyla əlaqədar oxuduğumuz kitabları, sevərək dinlədiyimiz musiqiləri, oxuduğunuz mahnıları, baxdığımız filmləri, çəkdiyimiz rəsmləri ictimai media üzərindən paylaşın, türkdilli ölkələrə virtual səyahət edin və soydaşlarınızı daha yaxından tanıyın.

  Gəlin, mənəvi dəyərlərimizi kəşf edərək iç dünyamızı zənginləşdirək. Və onu da unutmayaq ki, dünyanın ayrı-ayrı yerlərində müharibə və aclıqla üzləşən, təhsildən kənarda qalan, terror və cinayət qruplarının qurbanları olan yüz minlərlə həmyaşıdlarınız var. O uşaqların da yenidən cəmiyyətə qazandırılması, ehtiyaclarının qarşılanmasına hər cür dəstək edək, yardım olaq”.



Әlaqәli Xәbәrlәr