Azərbaycanda son 24 saat ərzində koronavirusa 64 yeni yoluxma faktı qeydə alınıb

Virusa yoluxanların ümumi sayı 273-ə, mövcud virus daşıyıcılarının sayı isə 243-ə çatıb

1387781
Azərbaycanda son 24 saat ərzində koronavirusa 64 yeni yoluxma faktı qeydə alınıb

 Azərbaycanda son 24 saat ərzində koronavirusa 64 yeni yoluxma faktı qeydə alınıb.

TRT-nin Bakı Təmsilçiliyinin verdiyi məlumata görə, bununla da, Azərbaycanda virusa yoluxanların ümumi sayı 273-ə, mövcud virus daşıyıcılarının sayı isə 243-ə çatıb.

Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları yerlərdə qalmaları tələb olunur.

Qeyd edək ki, ölkədə koronavirusdan 4 nəfər ölüb, 26 nəfər isə sağalaraq evə buraxılıb. 4 min 85 vətəndaş karantində saxlanılır.

Digər tərəfdən insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə Azərbaycanda 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək fəaliyyəti qadağan edilən qadağan edilən iş və xidmət sahələri məlum olub.

 Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərdə əksini tapıb.

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilir:

 

- Bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlər, ərzaq mağazaları və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla);

 - İstirahət və əyləncə məkanları üzrə xidmətlər;

 - Mədəniyyət obyektləri, eləcə də muzey və sərgi zalları, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti;

 - Bərbərxanalar, gözəllik salonları, massaj, hamam və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət);

 - Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri;

 - Dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);

 - Fotoatelye/fotostudiyalar (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);

 - Tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili);

 - İdman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

 - Fərdi mənzillərdə təmizlik xidmətləri;

 - Fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət).



Әlaqәli Xәbәrlәr