Oqtay Şirəliyev: ''Türkiyə vasitəsilə testlər Azərbaycana gətirildi

Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev yeni növ koronavirusla bağlı ilk diaqnostik testləri Türkiyə vasitəsilə əldə etdiklərini bildirib.

1384399

Bu barədə  Oqtay Şirəliyev dövlət televiziyasına verdiyi müsahibədə bildirib.

O, qeyd edib ki, epidemiya ilə bağlı məlumat çıxan kimi müəyyən qabaqlayıcı tədbirlər görülüb və Azərbaycanda virusun alovlanmasının qarşısı alınıb. Bu tədbirlər çox tez və dəqiq həyata keçirilib.

Oqtay Şirəliyevin sözlərinə görə, bu, yeni virus olduğundan əksər ölkələrdə xəstəliyi müəyyən etməyə diaqnostik test yox idi.  Türkiyə vasitəsilə testlər Azərbaycana gətirilib.. İlk xəstələrə də həmin  testlərin köməyi ilə diaqnoz qoyulub.
Azərbaycanda yeni növ koronavirusa yoluxan ilk şəxsin İrandan gələn Rusiya vətəndaşı olduğu bildirilib.

Bu günədək ölkədə 87 nəfər yeni nön koronavirusa yoluxub, bir nəfər də həlak olub.

Әlaqәli Xәbәrlәr