Azərbaycanda korona virusu infeksiyasına yoluxma faktları

Hazırda Azərbaycanda 42 nəfər aktiv korona virusu xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır...

1382759
Azərbaycanda korona virusu infeksiyasına yoluxma faktları

 

  Azərbaycan respublikasında 9 yeni korona virusu infeksiyasına yoluxma faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

  Hazırda Azərbaycanda 42 nəfər aktiv korona virusu xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

  Ölkə vətəndaşları bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırılır.

  Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və digər qaydalara əməl etmək tələb olunur.



Әlaqәli Xәbәrlәr