"Türkiyədən hərbi təchizat almağa və manevrlər keçirməyə davam edəcəyik", Z.Həsənov

Azərbaycan Müdafiə Nazirliyindən verilən yazılı məlumata görə...

1378277
"Türkiyədən hərbi təchizat almağa və manevrlər keçirməyə davam edəcəyik", Z.Həsənov

 

  Azərbaycanın müdafiə naziri general Zakir Həsənov Türkiyədən müasir silah, hərbi təchizat almağa və manevrlər keçirməyə davam edəcəklərini söyləyib.

  Azərbaycan Müdafiə Nazirliyindən verilən yazılı məlumata görə, general Zakir Həsənov nazirlik səlahiyyətliləri, komandirlər və Azərbaycan- Ermənistan cəbhə xəttindəki hərbçilərlə video-konfrans yoluyla iclas edib. Yığıncaqda hərbi təlimlər zamanı ən müasir texnikaları istifadəetmənin əhəmiyyətinə toxunan müdafiə naziri bunları vurğulayıb: "Türkiyə Silahlı Qüvvələrinin döyüş təcrübəsini ordumuzun hazırlıq planına daxil etməyə, qarşılıqlı hərbi əməkdaşlıq çərçivəsində mübadiləyə, Türkiyə istehsalı olan müasir silah, hərbi təchizat almağa və manevrlər keçirməyə bundan sonra da davam edəcəyik."



Әlaqәli Xәbәrlәr