Qazaxıstanda son 56 ilin rekord qarı

Qazaxıstanda 2020-ci ilin qış fəsli tarixə rekord rəqəmlər yazıb.

1369079
Qazaxıstanda son 56 ilin rekord qarı
Nur-Sultan_qar_03.jpg
Nur-Sultan_qar_04.jpg
Nur-Sultan_qar_02.jpg

 

  Qazaxıstanda 2020-ci ilin qış fəsli tarixə rekord rəqəmlər yazıb. Belə ki, ilin əvvəlindən Nur-Sultanda yağan qar 56 il (1964-cü il) qabaq yağan yağıntının rekordunu geridə qoyub.

  Havaların şaxtalı və çovğunlu keçməsi səbəbindən yollar 21 dəfə bağlanılıb, hava limanında ümumilikdə 50-dən çox uçuş təxirə salınıb. Orta məktəblərdə 18, ali məktəblərdə isə 6 günlük məcburi tətil elan olunub. Yanvarın 2-dən paytaxta elan olunan fövqəladə vəziyyət hələ də davam edir.

  Küləyin sürəti saniyədə 30-35 metrə çatıb, avtomobil yollarında görmə həddi sıfra bərabərdir. Paytaxtın Astana Arena idman oyunları sarayının qarın çoxluğundan damı çöküb. 41 milyon kubmetr qar daşınıb ki, bu da 300 mindən çox yük maşınıdır. Paytaxt xidmət şirkətləri yağan qarı vaxtında təmizləmədikləri üçün 5,7 milyon təngə (15127 ABŞ dolları) cərimə olunublar.



Әlaqәli Xәbәrlәr