Qazaxıstanda 18 yaşadək uşaqlar nəqliyyatdan pulsuz istifadə edəcəklər

Bu barədə “Astana LRT”nin rəhbəri Bekmirza İgenberdinov paytaxtın Nəqliyyat Kompleksinin İnkişafı üzrə Konfransda bildirib.

1367530
Qazaxıstanda 18 yaşadək uşaqlar nəqliyyatdan pulsuz istifadə edəcəklər

 

  Qazaxıstanın paytaxtı Nur-Sultan və şəhərətrafı qəsəbələrdə 18 yaşadək uşaqlar martın 28-dən ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər. Bu barədə “Astana LRT”nin rəhbəri Bekmirza İgenberdinov paytaxtın Nəqliyyat Kompleksinin İnkişafı üzrə Konfransda bildirib.

  Hazırda 7-15 yaşında uşaqlar nəqliyyatdan istifadə üçün 40 tenge (10 ABŞ senti) ödəyirlər, 15 yaşından yuxarı olanlar isə tam gediş haqqı ödəyirlər. Uşaqlar üçün pulsuz gediş haqqı güzəştləri qeyri-müəyyən müddətə tətbiq edilir.

  Qeyd edək ki, bu gün Qazaxıstanda 6 kateqoriya üzrə vətəndaşlar nəqliyyatdan pulsuz gedişdən istifadə edir. Onların arasında təqaüdçülər, Böyük Vətən Müharibəsi veteranları, 1 və 2 qrup əlillər, aztəminatlı və çoxuşaqlı ailələrdən olan uşaqlar var. 18 yaşınadək uşaqlar (çoxuşaqlı, aztəminatlı ailəyə aid olub-olmaması vacib deyil) ictimai nəqliyyatdan pulsuz istifadə edən 7-ci kateqoriya olacaq.

 



Әlaqәli Xәbәrlәr