“Hər yerdə Xocalı soyqırımı qurbanlarının adları əbədiləşdirilməlidir”, H.Kılıç

Bu fikirləri Türkiyənin Azərbaycanda və Moldovadakı sabiq səfiri, tanınmış diplomat Hulusi Kılıç söyləyib.

1366112
“Hər yerdə Xocalı soyqırımı qurbanlarının adları əbədiləşdirilməlidir”, H.Kılıç

 

  “Xocalıda törədilən bəşəri cinayətin soyqırım kimi tanıdılması strateji hədəfdir. Türkiyənin bütün vilayətlərində - böyük şəhərlərindən ən ucqar qəsəbələrinə qədər Xocalı soyqırımı qurbanlarının adları əbədiləşdirilməlidir. Çünki Xocalı soyqırımına aid istənilən ədalətli tədbir bu faciənin soyqırım aktı olaraq tanınmasına dəstəkdir”. Bu fikirləri Türkiyənin Azərbaycanda və Moldovadakı sabiq səfiri, tanınmış diplomat Hulusi Kılıç söyləyib.

  Xocalı soyqırımının ötən əsrdə insanlıq əleyhinə törədilən ən ağır bəşəri cinayətlərdən biri olduğunu vurğulayan H.Kılıç deyib: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində böyük işlər görülür. Artıq 10 ildən çoxdur ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində aparılan işlər sistemləşdirilib. Xocalıda törədilən bəşəri cinayətin dünya birliyi tərəfindən soyqırım aktı kimi tanınması strateji hədəfdir. Xocalı soyqırımı qurbanlarının xatirəsinin ədəbiləşdirilməsi, eyniadlı parkların salınması, abidələrin ucaldılması bu layihələri həyata keçirən qurumlar tərəfindən soyqırım aktını tanımaq deməkdir”.

  Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi ilə Ankaradakı Yıldırım Bəyazid Universiteti (YBU) arasında imzalanan anlaşmaya əsasən, YBU ərazisində Xocalı soyqırımı parkının və abidə-kompleksinin salınmasını növbəti qardaşlıq nümunəsi kimi dəyərləndirən diplomat əminliklə bildirib ki, bu proses tezliklə Türkiyənin hər yerini əhatə edəcək.



Әlaqәli Xәbәrlәr