Qazaxıstan yeraltı sərvətləri üçün 2,6 milyard dollar sərmayə qoymağı planlaşdırır

Qazaxıstanda yaxın 5 il ərzində geoloji kəşfiyyat işlərinə 2,6 milyard dollardan çox investisiya qoyulması planlaşdırılır.

1361575
Qazaxıstan yeraltı sərvətləri üçün 2,6 milyard dollar sərmayə qoymağı planlaşdırır

Qazaxıstanda yaxın 5 il ərzində geoloji kəşfiyyat işlərinə 2,6 milyard dollardan çox investisiya qoyulması planlaşdırılır.

Qazaxıstan Baş Nazirliyinin verdiyi açıqlamada "2021-2025-ci illəri əhatə edən Geoloji Kəşfiyyat Dövlət Proqramı layihəsi" nin baş nazir Askar Mamin başçılığı ilə keçirilən nazirlər iclasında müzakirə edildiyi bildirilib.

Açıqlamada proqramın ölkə ərazisinin geoloji baxımdan kəşf edilməsi, faydalı qazıntı ehtiyatlarının artırılması, yeraltı sahələrin elmi araşdırılması və infrastrukturun inkişafı üçün həyata keçiriləcəyi vurğulanıb.

Dövlət proqramının icrası üçün dövlət büdcəsindən 200 milyard tengə (530 milyon dollar) vəsait ayrılması gözlənildiyi bildirilən açıqlamada "təxminən 800 milyard tengə (2 milyard 122 milyon dollar) xüsusi sərmayənin cəlb edilməsi nəzərdə tutulur" ifadələri yer alıb.

Proqram çərçivəsində, eyni zamanda torpağın 100 faizini araşdırmaq, 50-yə yaxın bərk mineral ərazini müəyyənləşdirmək və geoloji kəşfiyyat ilə çöküntü hövzələrini artırmaq da məqsəd götürülüb.

Açıqlamada Dövlət Geoloji Kəşf Proqramının tətbiqi ilə mədən ehtiyatlarında gözlənilən artımın qızılda 200 tondan, 5 milyon ton mis, 5 milyon ton polimetal, 50 min ton uran və 700 milyon ton karbohidrogen lduğu da vurğulanıb.



Әlaqәli Xәbәrlәr