Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid oldu

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər...

1360200
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid oldu

 

  Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

  Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, düşmən tərəfindən açılan atəş nəticəsində ordunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.

  Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir. Nazirlik həmçinin bəyan edib ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.



Әlaqәli Xәbәrlәr