Qazaxıstan “Sibirin gücü-2” qaz kəmərinin ölkə ərazisindən keçməsini Rusiyaya təklif edib

Bu barǝdǝ Qazaxıstan Energetika Nazirliyindǝn verilǝn mǝlumatda bildirilib.

1358825
Qazaxıstan “Sibirin gücü-2” qaz kəmərinin ölkə ərazisindən keçməsini Rusiyaya təklif edib

 

Qazaxıstan “Sibirin gücü-2” qaz kəmərinin ölkə ərazisindən keçməsi imkanını dəyərləndirməyi Rusiyaya təklif edib.

Bu barǝdǝ Qazaxıstan Energetika Nazirliyindǝn verilǝn mǝlumatda bildirilib.

Mǝlumata görǝ, təklif Qazaxıstanın Energetika naziri Nurlan Noqayev Rusiyanın Energetika naziri Aleksandr Novak ilə görüşdə səsləndirilib.

Tərəflər Rusiya-Qazaxıstan enerji əməkdaşlığının konstruktiv xarakter daşıdığını, həmçinin neftin və qazın nəqli sahəsində iki ölkənin qarşılıqlı faydalı tərəfdaşlığını qeyd ediblər.

Qeyd edǝk ki, Kəmər Rusiyanın Uzaq Şərq və Çinə qaz tədarükü üçün nəzərdə tutulub. Başa çatdığında qaz kəmərinin uzunluğu təxminən üç min kilometr olacaq.



Әlaqәli Xәbәrlәr