Azərbaycanda parlament seçkiləri başladı

Azərbaycanda millət vəkili seçkiləri üçün səsvermə 9 fevral yerli saatla 08.00-da başladı.

1355743
Azərbaycanda parlament seçkiləri başladı

 

  Azərbaycanda millət vəkili seçkiləri üçün səsvermə yerli saatla 08.00-da başladı.

  Ölkə vətəndaşları Milli Məclis üzvlərini təyin etmək üçün 6-cı dəfə seçkiyə gedir.

  Təxminən 5 milyon 387 min qeydiyyatlı seçicisi olan respublikada 125 yerlik parlament üçün 299-u qadın olmaqla 1314 namizəd yarışır.

  Seçkiləri təxminən 77.700 yerli, 880 xarici müşahidəçi izləyir.

  Səsvermə yerli saatla 19.00-dək davam edəcək.

  İlkin nəticələrin bu gün axşam açıqlanacağı nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr