Fevralın 9-da Azərbaycanda parlament seçkilәri keçirilәcәk

Ölkә üzrә sәsvermә prosesi sәhәr saat 08:00-da başlayacaq vә axşam saat 19:00-dәk davam edәcәk.

1355540
Fevralın 9-da Azərbaycanda parlament seçkilәri keçirilәcәk

 

 

Fevralın 9-da (sabah) Azərbaycanda Milli Məclisə seçkilər keçiriləcək

Ölkә üzrә sәsvermә prosesi sәhәr saat 08:00-da başlayacaq vә axşam saat 19:00-dәk davam edәcәk.

Azərbaycan prezidenti İlham Əliyevin 2019-cu ilin 5 dekabr tarixində parlamentin buraxılması və növbədənkənar seçki qərarı qəbul etməsi nəticəsində Azərbaycan seçki prosesinə start verdi.

Növbədənkənar seçki qərarının qəbul olunduğu gün ilə seçkinin keçiriləcəyi gün arasında zaman az olsa da ölkə qısa müddətdə seçki mühitinə daxil oldu və keçmişdə keçirilən seçkilərlə müqayisədə daha çox şəxs namizədliyini irəli sürdü. 1 noyabr 2015-ci ildə keçirilən seçkilərdə 767 namizəd mübarizə apardığı halda, bu seçkidə Azərbaycan Milli Məclisindəki 125 yer üçün 299-u qadın olmaqla 1315  nəfər namizədliyini irəli sürdü. Seçki prosesində qadınların da fəallığı müşahidə olunur.

5 milyon 387 min qeydiyyatlı seçicinin səs verəcəyi seçkidə 19 siyasi partiyaya mənsub namizəd yer alsa da 1315 namizədin təqribən 83-ü müstəqil olaraq iştirak etməyə üstünlük verib. 



Әlaqәli Xәbәrlәr