Özbəkistanda yeni hökumət quruldu

Özbəkistan Prezident Aparatından verilən məlumata görə...

1347201
Özbəkistanda yeni hökumət quruldu

 

  Özbəkistan prezidenti Şavkat Mirziyoyev baş nazir Abdulla Aripovun rəhbərliyilə qurulan yeni hökumətin üzvlərini təsdiqlədi.

  Prezident Aparatından verilən məlumata görə, Ş.Mirziyoyev Özbəkistan parlamentinin alt qanadı olan Yasama Məclis tərəfindən təqdim edilən yeni hökumət üzvlərini təsdiq edən fərmanı imzaladı.

  Abdulla Aripovun yenidən baş nazir olaraq yer aldığı hökumətdə 4 baş nazir müavini, 21 nazir və 10 dövlət komitəsi sədri var.

  Qeyd edək ki, Özbəkistanda 22 dekabr 2019-cu ildə keçirilən seçkilərdən sonra yeni kabinetin yaradılması məqsədiylə bu həftənin əvvəlində hökumət istefa vermişdi.



Әlaqәli Xәbәrlәr