ABŞ Konqresində 20 Yanvar faciəsindən bəhs olundu

Sovetlərin bu sərt tədbirinin məqsədi Azərbaycanda formalaşmaqda olan müstəqillik hərəkatını boğmağa cəhd olmasına baxmayaraq...

ABŞ Konqresində 20 Yanvar faciəsindən bəhs olundu

 

  ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Stiv Şabot bəyanatla çıxış edərək Qara Yanvar olaraq tarixə düşən, SSRİ hökuməti tərəfindən törədilmiş qətliam zamanı həlak olan günahsız insanların xatirəsini yad edib və 30 illiyinin qeyd olunduğu 20 Yanvar faciəsinin həm də tarixi əhəmiyyətindən danışıb.

  Konqresmen Stiv Şabot bəyanatında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qəddarlığı nəticəsində 145-dən çox mülki əhalinin həlak olduğunu, 800-ə yaxın insanın yaralandığını və yüzlərlə adamın həbs olunduğunu diqqətə çatdıraraq bildirilib:

  “Sovetlərin bu sərt tədbirinin məqsədi Azərbaycanda formalaşmaqda olan müstəqillik hərəkatını boğmağa cəhd olmasına baxmayaraq, bu, Kommunist partiyasının idarəçiliyi və ümumilikdə Sovet İttifaqını qorumağa naçar cəhd kimi əslində Azərbaycan və digər respublikaların müstəqillik hərəkatlarına təkan verib.

  Qara Yanvar hadisələrindən sonra Azərbaycan əhalisinin təzyiqləri nəticəsində Azərbaycan parlamenti 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası haqqında Bəyannamə, 1991-ci il oktyabrın 18-də isə Azərbaycan Respublikası Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını təsdiq etdi.

  1991-ci ilin noyabr ayından etibarən Azərbaycanın müstəqilliyi tanınmağa başlandı. Gənc ölkənin müstəqilliyini tanıyan ilk ölkələrdən olan ABŞ 1992-ci il fevralın 28-də Azərbaycanla diplomatik münasibətlər qurdu.

  ABŞ və Azərbaycan region üzrə ortaq maraq və məramlara malikdir. Ölkələrin xüsusilə enerji resurslarının inkişafı və təhlükəsizlik təhdidləri ilə mübarizə sahəsində uğurlu əməkdaşlığı vardır.

  Bütün Konqres üzvlərini Azərbaycanın bu faciəvi gününü yad etməyə çağırıram”.



Әlaqәli Xәbәrlәr