Qazaxıstan ilə Türkiyə arasında ticarət həcmində artım qeydə alınıb

Qazaxıstanda fəaliyyət göstərən türk şirkətlərinin sayı 1939-a çatdı.

Qazaxıstan ilə Türkiyə arasında ticarət həcmində artım qeydə alınıb

Qazaxıstan Milli İqtisadiyyat Nazirliyinin  hesabatına  görə  1 dekabr 2019-cu il tarixinə ölkədə qeydə alınan 3 min 453 türk  şirkətindən 1939-nun  fəaliyyəti  davam  edir. 

Bu firmaların 1884-ü kiçik, 33-ü orta və 22-i iri müəssisələrə aiddir. Türk firmalarından 467-si inşaat işlərində, 650-i pərakəndə və topdansatış, 124-ü yaşayış və iaşə xidmətində, 190-u istehsalat sektorundadır. 508 türk şirkəti ölkənin kənd təsərrüfatı, dağ-mədən, nəqliyyat, təhsil, səhiyyə, informasiya və rabitə, sığorta, daşınmaz əmlak və digər sahələrdə xidmət göstərir.

Qazaxıstanın Türkiyə ilə ticarət  həcmi 2019-cu  ilin 10 ayında 2018-ci ilin  müvafiq   dövrünə  müqayisədə 54  faiz  artaraq 2 milyard 554 milyon 421 min dollar  olmuşdu.

 



Әlaqәli Xәbәrlәr