2020-ci il “Dünyanın kitab paytaxtı”

UNESKO bu şəhərin 2020-ci ildə “Dünyanın kitab paytaxtı” elan olunması ideyasını müsbət qarşılayıb.

2020-ci il “Dünyanın kitab paytaxtı”

 

  UNESKO-nun baş direktoru Odri Azule Daşkəndin bu il “Dünyanın kitab paytaxtı” elan olunması ideyasını müsbət qarşılayıb.

  "Azertac" xəbərlər agentliyinin Özbəkistan mətbuatına əsasən verdiyi xəbərə görə, bu ideya ölkənin İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin nümayəndə heyətinin Parisdə Odri Azule ilə görüşündə razılaşdırılıb.

  Agentliyin rəhbəri Komil Allomjonov bildirib ki, görüşdə özbək jurnalistlərinin və bloqerlərinin beynəlxalq layihələrdə iştirakı, onların ixtisaslarının artırılması, təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib.

  Odri Azule UNESKO-nun “Beynəlxalq informasiyadan ümumi istifadə günü”nə həsr olunan ilk konfransının Özbəkistanda keçirilməsi təklifini də müsbət qarşılayıb



Әlaqәli Xәbәrlәr