Özbəkistan seçkilərinin yekun nəticələri açıqlandı

Dekabrın 22-də Özbəkistanda keçirilmiş ümumi seçkilərin yekun nəticələri açıqlanıb.

1335691
Özbəkistan seçkilərinin yekun nəticələri açıqlandı

Ötən il dekabrın 22-də keçirilən seçkilərdə 25 dairədə namizədlərin heç biri lazımi qədər səs toplaya bilmədiyindən ikinci turda həmin dairələrin hər birindən iki namizəd mübarizə apardı.

 Ölkədə fəaliyyət göstərən beş siyasi partiya seçkilərdə iştirak etdi.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov mətbuat konfransında bildirib ki, təkrar seçkilərdə Liberal-Demokrat Partiyası 11, “Milli Dirçəliş” Demokratik Partiyası 2, Xalq Demokratik, “Ədalət” Sosial-Demokrat və Ekologiya partiyalarının hər biri isə 4 mandat əldə edib.

Beləliklə, yekun nəticədə Liberal-Demokrat Partiyası 53 “Milli Dirçəliş” Demokratik Partiyası 36  “Ədalət” Sosial-Demokrat Partiyası 24,  Xalq Demokratik Partiyası 22  və Ekoloji Partiya 15  millət vəkili  qazanıb. 

 



Әlaqәli Xәbәrlәr