Özbəkistanda keçirilən parlament seçkilərinin nəticələri

Özbəkistanda dekabrın 22-də keçirilən parlament seçkilərinin nəticələri elan edildi.

1328281
Özbəkistanda keçirilən parlament seçkilərinin nəticələri

Özbəkistanda dekabrın 22-də keçirilən parlament seçkilərinin nəticələri elan edildi.

Mərkəzi Seçki Komissiyasının sədri Mirza-Uluğbek Abdulsalamov dekabrın 22-də keçirilən seçkilərdə Liberal Demokrat Partiyasının 43, Milli Yüksəlmə Partiyasının 35, Ədalət-Sosial Demokrat Partiyasının 21, Xalq Demokrat Partiyasının 18 və Özbəkistan Ekologiya Partiyasının 11 yer qazandığını bildirib.

Abdulsalamov ölkədən kənardaki özbək vətəndaşların isə nəzərdə tutulduqda seçkidə fəallığın 67,8 faiz olaraq reallaşdığını bildirərək, seçkilərdə 13 milyon 355 min 911 seçicinin səs verdiyini söyləyib.

Ölkə miqyasında 150 seçki məntəqəsinin 128-də ilk turda millət vəkillərinin seçildiyini qeyd edən Abdulsalamov namizədlərin heç birinin 50 faizdən çox səs götürə bilmədiyi 22 seçki məntəqəsində ən çox səs götürən iki namizəd arasında iki həftə sonra ikinci tur seçki keçiriləcəyini bildirib.

Abdulsalam siyasi partiyaların səs nisbətlərilə əlaqədar hər hansı açıqlama vermədiqdə, seçkidə saxtakarlıq olduğu və seçki qanununun pozulduğuna dair bir sıra şikayətlərin onlara çatdığını, ancaq bunların nəticələrə təsir edəcək xüsusiyyətdə olmadığını ifadə edib.

Yeni Özbəkistan, yeni seçkilər” şüarı istifadə edilən seçkilərdə ölkədəki 5 siyasi partiyadan 750 namizəd Qanun Qoyma Məclisindəki 150 yer üçün yarışıb.

Seçkilərdə ən çox səs götürən partiya baş nazir namizədini müəyyən edərək təsdiqlənməsi üçün prezidentə təqdim etmə haqqını qazanacaq.



Әlaqәli Xәbәrlәr