Moldovada Qaqauz Muxtar Yerinin 25 illiyi keçirildi

Moldova respublikasına bağlı Qaqauz Muxtar Yerinin başçısı İrina Vlah qaqauzların haqqlarının Moldova Konstitusiyasında yer almalı olduğunu söyləyib.

1328037
Moldovada Qaqauz Muxtar Yerinin 25 illiyi keçirildi

 

  Paytaxt Komratda Qaqauz Muxtar Yerinin 25 illiyilə bağlı mərasim təşkil edilib. Mərasimdə Qaqauz Muxtar Yerinin başçısı İrina Vlahla yanaşı Türkiyə Böyük Millət Məclisi (TBMM) Türkiyə - Moldova Parlamentlərarası Dostluq Qrupunun başçısı Mehmet Altay, Türkiyənin Moldovadakı səfiri Gürol Sökmensüer, Qaqauz Xalq Məclisinin sədri Vladimir Kısa, əvvəlki Moldova prezidenti Pyotr Luçinski, Qaqauz Muxtar Yerinin əvvəlki başçısı Georgi Tabunşçik və çox sayda qonaqlar iştirak edib.

  İrina Vlah burada etdiyi çıxışında Qaqauz Muxtar Yerinin 23 dekabr 1994-cü ildə elan edildiyini xatırladaraq deyib:

  "Qaqauz xalqı çox uzun və çətin bir yol keçdi. 25 ildir ki, qaqauzlar Moldovada bir millət olaraq tanınır. Ona görə də bu gün yalnız Qaqauziya deyil, bütün Moldovanın bayramıdır.

  Amma bunları da söyləməliyik ki, Moldova hökuməti Qaqauz Muxtar Yerinin bəzi haqqlarını məhdudlaşdırıb. Gömrük və vergi toplama haqqlarımız yoxdur. Təhsil və iqtisadiyyat sahəsində bəzi qanunlar hələ də müzakirə edilir. Bu, qəbuledilməz bir vəziyyət və rəsmi Komratla Kişinyov arasında 1994-cü il razılaşmasına zidddir.

  Qaqauz Muxtar Yerinin haqqları Moldova Konstitusiyasında əks olunmalıdır”.

  TBMM Türkiyə - Moldova Parlamentlərarası Dostluq Qrupunun sədri Mehmet Altay isə çıxışında Türkiyənin Qaqauziyada bir sıra layihələr həyata keçirdiyini və qaqauz xalqına dəstək verməyə davam edəcəyini söyləyib.



Әlaqәli Xәbәrlәr