Qazaxıstan xarici işçi sayının azaldılması ilə bağlı qərar qəbul etdi

Qazaxıstan 2020-ci ildən etibarən xarici işçi qəbulu kvotasının 40 faiz azaldılacağını bildirib. Qazaxıstan prezidenti Kasim Cömərt Tokayev mövzu ilə bağlı açıqlama verib.

1326951
Qazaxıstan xarici işçi sayının azaldılması ilə bağlı qərar qəbul etdi

Tokayev paytaxt Nur Sultandakı İstiqlal Sarayında təşkil edilən Milli Sosial Etibar Şurası iclasındakı çıxışında ölkənin xaricə olan borcu ilə bağlı fərziyyələrə son qoymağın vacib olduğunu, Milli İqtisadiyyat və Maliyyə Nazirliyi başda olmaqla Milli Banka rəqəmsal məlumat sistemi şəklində xarici borc qeydiyyat sistemin inkişaf etdirməsi haqda təlimat verdiyini bildirib.

2020-ci ildən etibarən xarici işçi qəbulu ilə bağlı kvotanın 40% azalacağını, beləcə bu il 49 min olan xarici  işçi sayının gələn il 29 minə endiriləcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr