Azərbaycan və Türkiyə Universitetləri Assosiasiyası yaradılacaq

Azərbaycan və Türkiyə Universitetləri Assosiasiyası yaradılacaq

1326363
Azərbaycan və Türkiyə Universitetləri Assosiasiyası yaradılacaq

 

  Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev "Azərbaycan və Türkiyə universitetləri: təhsil, elm, texnologiya" I beynəlxalq elmi-praktik konfransında iştirak edən türkiyəli qonaqlarla görüşüb.

  AzTU-dan bildirilib ki, rektor konfransın nəticəsi olaraq Azərbaycan və Türkiyə Universitetləri Assosiasiyasının yaradılması üçün yaxın günlərdə hazırlıqlara başlanılacağını deyib. Qeyd edilib ki, bundan başqa, AzTU-nun Türkiyə üzrə xüsusi nümayəndəsinin də təyin olunacağı planlaşdırılır. Bu, AzTU ilə Türkiyə universitetləri arasında əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.

  Azərbaycanda olmaqdan məmnunluqlarını bildirən türkiyəli qonaqlar konfransın yüksək səviyyədə keçirilməsinə görə Vilayət Vəliyevə təşəkkür ediblər. Qonaqlar AzTU ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd ediblər.

  Görüşdə texniki təhsil sahəsində qardaş ölkələrin universitetləri arasında təcrübə mübadiləsinin önəmi vurğulanıb.



Әlaqәli Xәbәrlәr