Bakıda TÜRKPA Şurasının 9-cu iclası keçirilir

Dekabrın 18-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) Şurasının 9-cu iclası işə başlayıb.

1325688
Bakıda TÜRKPA Şurasının 9-cu iclası keçirilir
oktay asadov turkpa.jpg
sentop turkpa1.jpg

Dekabrın 18-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) Şurasının 9-cu iclası işə başlayıb.

Mәlumata görә,  iclasda TÜRKPA-ya sədrlik Türkiyədən Azərbaycana keçib.

Azәrbaycanın paytaxtı Bakıda tәşkil edilәn TÜRKPA-nın Mәclis sәdrlәri sәviyyәsindәki iclasda Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop, Azәrbaycan Milli Mәclisinin sәdri Oqtay Әsәdov, Qazaxıstan Mәclisinin sәdri Nurlan Niqmatulin, Qırğızıstan  Mәclisinin sәdri Dastanbek Cumabekov vә TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov iştirak ediblәr.

Tәdbirdә açılış nitqi ilә çıxış edәn Mustafa Şentop deyib: ‘‘TürkPA yarandığı gündən addım-addım böyüyüb, inkişaf edib. “TürkPA-nın 11 yaşı tamam oldu, artıq beynəlxalq təşkilat kimi təcrübə qazanıb’’.

Mustafa Şentop bildirib ki, dünyada sülhün bərqərar olması arzusu ilə türk yurdlarının hər bucağının sülhə və inkişafa çatmasını diləyirlər: “Yalnız yaxşı gündə deyil, pis gündə də yan-yana dururuq. Türkiyәnin bölgәdә sülhün tәmin olunması üçün apardığı ‘‘Sülh çeşmәsi’’ әmәliyyatına verilәn dәstәk bizim üçün çox әhәmiyyәtlidir’’.

Tәdbirdә çıxış edәn Azәrbaycan Milli Mәclisinin sәdri Fuad Әsәdov isә TÜRKPA-ya sədrliyi dövründəki uğurlu fəaliyyətinə görə Türkiyə parlamentinə təşəkkür edib. Sədr əminliyini bildirib ki, TÜRKPA qarşıda duran bütün məsələləri uğurla icra edəcək.



Әlaqәli Xәbәrlәr