Azərbaycan sevdalısına Azərbaycan iki mükafat verdi

Azərbaycanın paytaxtı Bakıda “16-cı İpək Yolu Azərbaycan” Müvəffəqiyyət Mükafatlandırma Mərasimi keçirilib.

1324962
Azərbaycan sevdalısına Azərbaycan iki mükafat verdi

 

  Azərbaycanın paytaxtı Bakıda “16-cı İpək Yolu Azərbaycan” Müvəffəqiyyət Mükafatlandırma Mərasimi keçirilib.

  “Park İnn Baku” hoteldə “İpək Yolu” Strateji Tədqiqatlar Mərkəzi tərəfindən “16-cı İpək Yolu Azərbaycan” Müvəffəqiyyət Mükafatlandırma Mərasimi baş tutub. Hər il Türkiyədə olan mükafatlandırma mərasimi bu il ilk dəfə olaraq Bakıda keçirilib.

  Tədbirdə Türkiyənin Azərbaycandakı və Moldovadakı sabiq səfiri Hülusi Kılıç, Türkiyənin tanınmış siyasi-ictimai xadimləri, Azərbaycan Milli Məclisinin deputatları, ölkənin QHT rəhbərləri, media qurumlarının nümayəndələri, dövlət və ictimai xadimləri, o cümlədən, mədəniyyət nümayəndələri iştirak ediblər. 

  Builki mükafatlandırma mərasimində Türkiyənin Azərbaycandakı sabiq səfiri, nüfuzlu diplomat Hülusi Kılıça da Türk dünyasında dövlətçiliyin və mədəniyyətin inkişafında göstərdiyi böyük xidmətlərə görə mükafat təqdim olunub.   

  Daha sonra beynəlxalq aləmdə tanınmış professor Elçin İsgəndərzadə Hülusi Kılıça "Fəxri doktor" mükafatını təqdim edib. Alim diplomata göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib, bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb:

  "Fəxri doktor" mükafatını ilk dəfədir ki, ölkəmizdə əməyi keçən bir diplomata təqdim edirəm. Buna görə Hulusi bəyi təbrik edirəm. Hamımız gördük və bildik ki, onun Türkiyə və Azərbaycan əlaqələrində əməyi olduqca böyükdür. Cənap prezidentimiz də bunu çox gözəl dəyərləndirdi. Hörmətli səfirimiz həm də Moldovada gördüyü işlərə, qurduğu əlaqələrə görə Moldova prezidenti tərəfindən "Şərəf" ordeninə layiq görülüb. Qeyd edim ki, Hülusi  bəy Strazburq Universitetinin məzunu olub. Məncə, bu mükafatın biri də onlardan gəlməlidir. Onlar Hülusi bəyin gördüyü islərdən qürur duymalıdır.”

  Hülusi Kılıç da öz növbəsindəki çıxışında ilk olaraq hər kəsi salamlayaraq mükafat alanları təbrik edib və deyib:

  "Mənim üçün çox dəyərli olan bu mükafatın məsuliyyətini yaşamaq çox önəmlidir. Gerçəkdən Azərbaycan mənim vətənimdir. Mən həqiqətən də çox xoşbəxtəm. Ömrümün sonuna qədər hər zaman Azərbaycanın mənfəəti və Türk dünyası üçün çalışacam.

  Səfir kimi 5 ilə yaxın Azərbaycanda çalışdım. Ölkə prezidenti İlham Əliyev xidmətlərimə görə məni "Dostluq” ordeni ilə təltif etdi. Ona hər zaman minnətdaram. O vaxtdan “Mənim Azərbaycanda səfirlik vəzifəm bitir, ancaq harada oluramsa-olum, bir millətin səfiri olacağam” deyə özümə söz verdim. Mən bu ordenə layiq görülən Türkiyənin Azərbaycandakı ilk səfiriyəm. Bu ordeni həmişə ürəyimin başında gəzdirirəm.

  Moldovada da bir millətin səfiri kimi işlədim. Azərbaycan mənim sevdamdir, eşqimdir ve bu, belə də qalacaq. Bunu belə də bilin. Hər birinizə təşəkkür edirəm. Böyük xidmət göstərib bizi təkrar görüşdürdünüz ".

 

Mənbə: moderator.az



Әlaqәli Xәbәrlәr