Qədim Xivə 2020-ci il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olundu

Özbəkistanın qədim Xivə şəhəri 2020-ci il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunub.

Qədim Xivə 2020-ci il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olundu
Xivə - 2020 - Turksoy_02.jpg
Xivə - 2020 - Turksoy_01.jpg

 

  TÜRKSOY Daimi Şurasının Qırğızıstanın Oş şəhərində keçirilən 37-ci iclasında Özbəkistanın qədim Xivə şəhəri 2020-ci il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunub.

  İclasda TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Oş şəhərinin meri Taalaybek Sarıbaşev, təşkilata üzv olan dövlətlərin mədəniyyət nazir və müavinləri iştirak ediblər.

  Azərbaycanı bu tədbirdə mədəniyyət nazirinin müavini Rafiq Bayramov təmsil edib.

  Özbəkistan mədəniyyət nazirinin müavini Kamola Akilova deyib ki, qədim Xivə Özbəkistanın incisi sayılan şəhərlərin sırasına daxildir.

  Xivə bir zaman Xarəzm xanlığının mərkəzi olub və hazırda şəhər öz qədim tarixi simasını saxlayıb.



Әlaqәli Xәbәrlәr